Bu işdə “orkestrin şefi” Bill Qeytsdir. O nə zaman deyərsə, virus o zaman bitəcəkdir.
Bu sözləri Türkiyənin tanınmış strategiya mütəxəssisi Abdullah Çiftçi deyib.
A.Çiftçi açıqlamasında “Mayrasoft”un yaradıcısı haqqında sensasion iddialar səsləndirib:
“Bundan əlavə, vaksin, dərman, mutasiya da ola bilər… İndi hər kəs bunu danışır. Virus ilk ortaya çıxanda hamı bunun ABŞ tərəfindən edildiyini söyləyirdi. Mən isə bunun bir dövlət tərəfindən edilmədiyini deyirdim. Ancaq indi bir zəka tərəfindən bütün ölkələrə elektron bir əməliyat həyata keçirilir. Hər şey onlayn yerinə yetirilir. Məsələn, kağız pulları aradan qaldırmaq istəyən bir qrup vardı. Görürsünüz ki, indi hər şeyi internet üzərindən icra edirlər. Bill Qeytsin çalışmalarını da qeyd etmişdik. O, bir az əvvəl elektron pasportlar, elektron vaksin və dünya əhalisinin azaldılmasını təklif edən adamdır”.
Moderator.az qeyd edib ki, B.Qeytsin adının koronavirusla bağlı hallandırılması təkcə bu iddialarla yekunlaşmır.
Hələ martın ortalarında COVİD-19-la bağlı çıxışlarında Bill Qeytsin bir sıra açıqlamaları onun barəsində belə düşüncələrin yayılmasına təkan vermişdi.
Onun “Əgər virus Afrikaya çatarsa, 10 milyon insan ölə bilər” sözlərindən bir gün sonra koronavirus ilk olaraq Afrika ölkəsi Misirdə ortaya çıxmışdı.
Dünyanın ən zəngin adamının digər açıqlaması virusun vaksininin tapılması tarixi ilə bağlı olmuşdu. B.Qeyts koronavirusun vaksininin ən azı 18 ayda əldə edilməsinin mümkün olacağını demişdi.
Bundan başqa, Çində koronavirusun yayıldığı iddia edilən laboratoriyanın da Qeyts ailəsinə mənsub olması haqqında faktlar məlumdur.