Heydər Əliyevin toyunda iştirak etdiyi ailə – VİDEO

0
611

Ümummilli Lider Heydər Əliyevin 1999-cu ilin martında Biləsuvar rayonunda toylarında iştirak  etdiyi Qarabağ müharibəsi iştirakçısı Tuqay Rzayev və həyat yoldaşı Aygün Quliyeva Azərbaycan Televeziyasında yayımlanan “Telesəhər” verilişinin qonaqları olublar.

Onlar həmin günlə bağlı xatirələrini bölüşüblər.
“Böyüklərimizin toy şənliyimizdə iştirakı əvəzsizdir, o cümlədən, Ümummilli Lider Heydər Əliyevin iştirakı böyük bir şərəf idi. Bu, onu göstərdi ki, o, həmişə xalqının yanında və xalqı ilə isti münasibətdədir. Bizim bundan (Heydər Əliyevin toyda iştirak edəcəyindən -red.) xəbərimiz var idi və çox həyəcanlı idik. Doğrudan da, mən özüm də həyəcan keçirirdim. Onun orada bizə olan xeyir-duası yadımızda qalıb. Elə bil, xeyir-duanı öz övladlarına verirdi. Bizimlə, o cümlədən, rəqsi də yadda qalıb”, – Aygün Quliyeva deyib.
“Mən onda çox həyəcanlı idim. Əlbəttə, kim olsa, həyəcanlı olardı. Ulu öndərlə rəqs etmək hər adamın işi deyil, qorxardı, çəkinərdi. Ailəlikcə ulu öndərlə rəqs etdik”, – Tuqay Rzayev bildirib.