Oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsert keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə iştrak edib.
Konsert poqramında Azərbaycanın estrada ulduzları məşhur mahnılarını səsləndiriblər.
Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Elman, Ellai, Bahh Tee konsertdə xüsusi qonaq olaraq iştirak edib, populyar kompozisiyalarını ifa ediblər.
Daha sonra müğənni-bəstəkar EMİN öz repertuarından bir sıra məşhur mahnılarını ifa edib.
***
22:14
Oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının iştirakı ilə konsert keçirilir.
18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsertdə Röya, Miri Yusif, Murad Arif, “Natiq” ritm qrupu, “Mirvari” rəqs qrupu çıxış edir.
Konsertin xüsusi qonaq müğənniləri də var. Belə ki, müğənni-bəstəkar EMİN, Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Bahh Tee (Bəxtiyar Əliyev), Ellai (Elvin Əliyev), Elman (Elman Zeynalov) konsertin xüsusi qonaqlarıdır. Onlar öz məşhur kompozisiyalarını səsləndirəcək.
19:00-da başlayan konsertə giriş sərbəstdir.