Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən müayinə, müalicə və reabilitasiya üçün Türkiyəyə yola salınan II Qarabağ müharibəsinin daha bir iştirakçısı, qazi Rəvan Əzizovun Kocaelidə müalicəsi davam edir.
Qolları və ayaqları iflic olan qazimiz İzmit rayonunda müalicə aldıqdan sonra sağalaraq vətənə dönəcəyi günü səbirsizliklə gözləyir:
“Burada müalicəm çox yaxşı gedir. Bizə çox yaxşı baxırlar. Qazi olduğumuza görə böyük hörmət göstərirlər. Bu, bizi sevindirir. Özümüzü tənha deyil, ölkəmizdəki kimi hiss edirik. Xəstəxana işçilərinə, həkimlərə və tibb bacılarına təşəkkür edirəm”.
“Dostlarımız şəhid olanda özümüzü itirmirdik. Belə olmasa idi, oradaca ölə bilərdik. Çox ağrılı olsa da insan bunlara öyrəşir”, – Əzizov deyib.
Torpağının azadlığı uğrunda mübarizə aparmaqdan qurur duyduğunu deyən qazi Türkiyə və Azərbaycanın qardaş ölkə kimi bir-birlərinə dəstək olmağa davam edəcəklərini vurğulayıb.
Romatem Kocaeli Xəstəxanası Fiziki Tibb və Reabilitasiya mütəxəssisi, doktor Esra Mustafa isə dost və əziz ölkə Azərbaycandan olan igid qaziləri müalicə etməkdən çox şərəf duyduqlarını bildirib.
O, xəstənin boyun və kürək nahiyələrindən güllə yarası aldığını deyib:
“Xüsusilə fizioterapevtlə robot müalicələri və digər növ müalicələr planlaşdırdıq. Ozon terapiyası dəstəyi veririk. Müalicə müddətimiz sağlamlığımız irəlilədikcə azalacaq. Ümidimiz böyükdür, çalışırıq”.