Heydər Əliyev adına NEZ işini bir aylıq dayandıracaq – SƏBƏB

0
800

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu bu ilin oktyabr ayında işini bir aylıq dayandıracaq.

Bu barədə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov bildirib.

Onun sözlərinə görə, zavodun işi planlaşdırılmış təmir işlərini keçirilməsi üçün dayandırılacaq. Zavodda aparılan təmir “Azərikimya”nın işinə də öz təsiri göstərəcək Qeyd edək ki, “Azərikimya” İstehsalat Birliyi xammalı Heydər Əliyev adına Neft Emalı Zavodundan alır.

D.Məmmədov qeyd edib ki, bu il zavod da 6,1 mln. ton neftin emalı planlaşdırılıb. Ötən il bu göstərici 6,14 mln. ton təşkil edib. Bu ilin birinci rübündə zavod 350 min ton benzin istehsal edib. Buna baxmayaraq, ötən illə müqayisədə ölkədə benzinə tələbat 3% artıb.