HƏMAS və “Fəth” Qəzzanın bərpası üçün birgə plan hazırlayır

0
15

Fələstinin HƏMAS hərəkatı və “Fəth” partiyası Qəzza zolağının münaqişədən sonra yenidən qurulması üçün birgə plan hazırlayır.

Bu barədə “The Wall Street Journal” Fələstin və ərəb ölkələrindən olan diplomatlara istinadən xəbər verib.

Yeni plana görə, hərbi əməliyyatlar başa çatdıqdan sonra əsas məsələ anklavda yardımların düzgün bölüşdürülməsi və ərazinin bərpası olacaq.

Nəşr qeyd edir ki, HƏMAS və “Fəth”in bu məsələdə konsensus əldə etməsi ABŞ və İsrailin müzakirə etdiyi planın həyata keçməsinə kömək edə bilər. Həmin planın digər bəndinə görə, seçkilərə qədər Qəzzada müvəqqəti hökumət yaradılmalıdır.