Helikopter qəzasında yaralanan hərbçilərin vəziyyəti açıqlandı

0
335

Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində yaralanan hərbi qulluqçuların son durumu açıqlanıb.

Qurumun Mətbuat Mərkəzindən bildirilib ki, Xidmətin hospitalına yerləşdirilən polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun müalicələri davam etdirilir.

“Hazırda hər iki hərbi qulluqçunun səhhəti normaldır, onların sağlamlıqlarının bərpa olunması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlər görülür”, -deyə məlumatda bildirilib.

Xatırladaq ki, noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər şəhid olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.