Heç bir zəfərə çiçəkli yollarla gedilməz -video

0
354

Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər.

Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur.

Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə Vətənsiz yaşaya bilmir. Bu amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğul və qızlarımızı yad etmək, xatirəsini əziz tutmaq isə hər birimizin ən müqəddəs borcudur. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəsilə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə etmək isə hər bir vətəndaşın ən ümdə vəzifəsidir.

182 saylı məktəbdə Çinarə müəllimənin səyi nəticəsində şəhidlərimizin və qazilərimizin tanıtımı baş tutdu. Belə ki, qazimiz Alxasov Camal birincilərin qarşısında 44 günlük zəfər müharibəsində başına gələn hadisələrdən və müharibənin dəhşətlərindən danışaraq şagirdlərə məlumat verib.

Eyni zamanda Çinarə müəllimə şəhidlərimizin, qazilərimizin vətənpərvərliyini uşaqlara aşılayaraq onların gələcək nəsil tərəfindən daha yaxından tanımaları üçün nitq söyləyib. Bucür vətənpərvər igidlər böyüdüb boya-başa çatdıran, əziyyət çəkən şəhid və qazi analarının qarşısında baş əyərək onlara səbr və dözüm arzulayıb.

Sonda şagirdlərin alqış sədaları altında qazimiz yola salındı.