Hazırlıqlar başladı: Avropa hava və dəniz qüvvələrini bu ölkəyə göndərir

0
16

Avropa hava və dəniz qüvvələrini Ukraynaya göndərməyi nəzərdən keçirir.

Bu barədə “The Washington Post” öz mənbələrinə istinadən yazıb.

Nəşr qeyd edib ki, sülhməramlı missiyanın müzakirəsi zamanı Avropa ölkələrinin diqqəti böyük quru qoşunlarının yerləşdirilməsində çətinliklər yarandığı üçün hava və dəniz qüvvələrinin istifadəsinə yönəlib. Xüsusilə, Ukrayna səmasında və Qara dənizdə patrul xidməti təklifləri nəzərdən keçirilir.

Bundan əlavə, bəzi ölkələr Rusiya Federasiyasının təcavüzü halında ABŞ-ın müdaxiləsi zəmanəti olmadan öz qüvvələrini yerləşdirməkdən imtina ediblər. Avropa rəsmiləri Vaşinqtonun hava hücumundan müdafiə, kəşfiyyat və hava nəqliyyatı da daxil olmaqla dəstəyinə ümid eqdir.