Hava şəraiti kəskin dəyişəcək – XƏBƏRDARLIQ

0
210

“Bu həftənin ortalarında hava şəraiti kəskin dəyişəcək, sulu qar yağacaq”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, hər il Bakıda Su çərşənbəsində fərqli hava müşahidə olunur:

“Bunu elə son 10 ilin statistikasında görmək olar. Bəzən il arası fərqlər 20 dərəcəyə yaxınlaşır. Məsələn, əgər 2017-ci ilin Su çərşənbəsində 2 dərəcə şaxta olubsa, 2020-ci ildə 18 dərəcə isti qeydə alınıb”.

U.Tağıyeva qeyd edib ki, Abşeron yarımadasında fevralın 23-ü axşamdan başlayan yağıntının fevralın 24-də sulu qara keçəcəyi gözlənilir:

“Lakin axşama doğru yağıntı tədricən kəsiləcək. Havanın minimal temperaturu 0 dərəcəyə yaxın olacaq”.