Hava proqnozunun verilməsi çətinləşib – Umayra Tağıyeva

0
534

Hava proqnozunun verilməsi çətinləşib.

Bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, əgər əvvəllər fəsillər və onlara səciyyəvi ​hava şəraiti daha aydın özünü büruzə verirdisə, son illərdə fəsillər arasında keçidlər, əgər belə demək olarsa “sürüşür”, meteoroloji anomaliyalar daha qabarıq və daha tez-tez özünü göstərir: ​
“Məsələn, Azərbaycan iqlimşünaslığının korifeylərindən olan A.Mədətzadə və Ə.Şıxlinskinin əsərlərində ölkə ərazisində hava şəraitini təyin edən əsas sinoptik proseslər təhlil edilib.​ 90-cı illərdə, bu prosesləri izləyərək, onların başlanmasının, inkişafının və dinamikasının bu təsvirlərə uyğun baş verdiyinin ​şahidi olduğum halda, bu gün həmin klassik prosesləri getdikcə daha az müşahidə edirik. Sabit sinoptik şəraitdə gözlənilməz ani dəyişikliklər baş verir ki, bunları hətta bir gün əvvəl ​proqnozlaşdırmaq mümkün olmur, rəqəmli modellər bu prosesləri ​“tutmur”.
Əlbəttə ki, əvvəllər də anomal istilər və soyuqlar olub. Bəs onda nə dəyişib?​ Bu hadisələrin təkrarlanmasında, intensivliyində və davamiyyətində dəyişiklik müşahidə edilir. Hazırda onları isti və soyuq hava dalğaları adlandırırlar”.
U.Tağıyeva bu gün mən hava şəraitinin pisləşməsi barədə əhalinin məlumatlandırılması sahəsində qarşılaşdıqları bəzi problemlərə də toxunub:
“Bu, ilk növbədə, güclü külək, leysan yaşışlar, anomal isti və soyuqlara aiddir. Elə bu zaman bəzi nüanslar yaranır. Bizim problemimiz bəzən daha çətin olan xəbərdarlıqların hazırlanması ilə yanaşı, onların əhaliyə hansı formada və ifadələrlə çatdırılması ilə bağlıdır. Çünki əhaliyə xəbərdarlıq verilərkən elə bir forma seçilməlidir ki,​ həm təşviş​ yaranmasın, həm də insanlar mümkün risklərə hazırlıqlı olsunlar. İnsanlar və onların xarakterləri və davranış tərzləri fərqlidir. Bəziləri təhlükəli hadisələr barədə xəbərdarlıq eşidərək, dərhal mağazalara üz tutaraq, uzunmüddətli blokadaya hazırlaşmış kimi davranırlar. Elə bu səbəbdən də, biz beynəlxalq təcrübədə rəsmi qəbul olunmuş başlıq və terminlərdən istifadə edərkən söz və ifadələrə ehtiyyatla yanaşmağa məcburuq”.
Departament direktorunun sözlərinə görə, ekstremal hava şəraiti haqqında xəbərdarlıqlar bütün müvafiq ​ struktur və təşkilatlara göndərilir, onlar da öz növbəsində buna uyğun olaraq işlərini tənzimləyirlər: