Hava limanına itlər cəlb edildi: FHN təlim keçir – FOTO

0
295

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) tərəfindən Zabrat Hava Limanı ərazisində təlim keçirilib.

FHN-dən verilən məlumata görə, təlimin keçirilməsində məqsəd şəxsi heyətin qanunsuz müdaxilə aktlarının qarşısının alınması üzrə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlimə XRXX-nin Kinoloji taborunun 10 nəfərdən ibarət şəxsi heyəti və 10 xüsusi təlim keçmiş xidməti iti cəlb olunub.

Təlim zamanı kinoloji taborun əməkdaşları sərnişinlərin və xidməti personalın təxliyəsi, şərti partlayıcı qurğunun aşkar edilməsi, zərərsizləşdirilməsi və digər operativ tədbirlər üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər.