“Respublika üzrə qeyri-sabit hava şəraiti gözlənilir”.
bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, sabah gündüz saatlarında hava yağmursuz keçəcək:
“Cənub küləyinin sürəti artacaq. Mayın 16-sı və 17-də qısa müddətdə havanın yenidən dəyişməsi proqnozlaşdırılır”.
O qeyd edib ki, müvafiq təşkilatlara xəbərdarlıq edilib:
“Növbəti qeyri-sabit və küləkli dövr mayın 20-si və 21-nə təsadüf edəcək”.