Hava çirkliliyinə görə dünyanın böyük şəhərləri və paytaxtları

0
297

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo hava çirkliliyinə görə dünyanın böyük şəhərləri və paytaxtları siyahısında ilk üçlükdə qərarlaşıb. Sarayevo havanın keyfiyyət indeksinə görə qeyri-sağlam olaraq təsnif edilib.

Siyahıda ilk sırada havanın keyfiyyət indeksi 370 olan Rusiyanın Krasnoyarsk şəhəri, ikinci yerdə isə havanın keyfiyyət indeksi 201 olan Sarayevo qərarlaşıb. Havanın keyfiyyət indeksi 197 olan Xorvatiyanın paytaxtı Zaqreb üçüncü yerdədir.

Dünya Bankı Bosniya və Herseqovinada hava çirkliliyinə görə ölənlərin ildə 3400, Avropa Ətraf Mühit Agentliyi isə 5 min nəfər civarında olduğunu açıqlayıb. Bosniya və Herseqovinada ölümlərin təxminən 20 faizi havanın çirklənməsi ilə bağlı səbəblərdən baş verir.

Mütəxəssislərə görə, sənaye obyektləri, nəqliyyat, tullantıların yandırılması və fərdi istilik sistemləri havanın çirklənməsinin ən böyük səbəblərindəndir.Qeyd edək ki, “Swiss IQAir” şirkəti dünyada 10 mindən çox ölçmə stansiyasına malikdir və havanın keyfiyyətini ölçür.