Hatayın tələfat və dağıntı olmayan yeganə ünvanı

0
177

Türkiyənin Hatay vilayətində zəlzələ nəticəsində çox sayda bina uçsa da, Hatayın Ərzin rayonunda bircə bina belə dağılmayıb və tələfat qeydə alınmayıb.

42 min əhalisi olan Ərzin Hataydan 110 kilometr, Osmaniyedən 20 kilometr uzaqlıqda yerləşir.

Bölgənin CHP-li bələdiyyə başçısı Ökkeş Elmasoğlunun sözlərinə görə, İskenderun, Hatay və Osmaniyedə yaşayan 50-60 ərzinli həyatını itirib. Ancaq Ərzinin özündə belə hal qeydə alınmayıb.

“Zəlzələdən sonra dərhal bələdiyyədəki dostlarımızı çağırıb rayonu təftiş etməyə başladıq. Başa düşdük ki, Ərzində dağıntı yoxdur. İndiyədək heç bir şəkildə qeyri-qanuni tikintiyə icazə verməmişəm”, – deyə Elmasoğlu bildirib.