Bu gün Qəbələ rayon Topbag şəhid Hakim Səyyar oglu Baxışovun movludu keçirildi.
Tədbirdə şəhidin ailə üzvləri, kənd sakinləri , yazarlar, şəhid ailələri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyin rəhbəri iştirak etdi.
Əvvəlcə şəhidin məzarı önünə gül dəstələri qoyulmuş ruhuna dualar oxunmuşdur.
Şəhidin atası çıxış edərək gələn qonaqlara öz təşəkkürünü bildirmişdir.
Çıxış edənlər şəhidin qəhrəmanlığından söhbət açmışdır.
Şəhidin adına ata ocağında ehsan süfrəsi verilmişdir.
Şəhidin ev muzeyində xatirə şəkilləri çəkilmişdir.
Allah rəhmət eləsin Şəhidlərimizə
Təranə Alməmmədova
“Xarıbülbül Əbədi Məclisin”, Dünya Azərbaycanlılarınin Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyin rəhbəri