Hansı qida məhsulları beyinin işini zəiflədir? – SİYAHI

0
645
Blue human head with brain, side view, 3D Illustration

 

Məşhur rusiyalı dietoloq Yelena Solomatina beyinin işini əngəlləyən qida məhsullarının adlarını açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, yarımfabrikatlar, marqarin, ucuz şirniyyat və mayonez zehni fəaliyyətə yalnız zərər yetirə bilər.

Belə ki, bu məhsulların tərkibində olan transyağlar hüceyrə membranına mənfi təsir göstərir və onu sərtləşdirir.

Eyni zamanda, sürətlə mənimsənilən karbohidratlar mərkəzi sinir sisteminin işini ləngidir. Bunlara makaron, çörək və digər un məhsulları aiddir. Belə qidaların zərəri onların tərkibində beyin damarlarını zədələyən qlükozanın mövcudluğu ilə izah olunur.

Beyini tonusda saxlamaq üçün çox duzlu qidalardan da uzaq durmaq lazımdır – duzlu balıq, kolbasa, şorabalar zehni əməyə yalnız ziyan vura bilər. Orqanizmdə duzun izafi miqdarı beyinin lazımınca qidalanmasına mane olur.

Bununla birlikdə, dietoloq beyinin işinə faydalı qida məhsullarını da sadalayıb. Bunlar yağlı balıq, paxlalı bitkilər (noxud, lobya və s.), treska qaraciyəri, qarabaşaq və digər dənəvər yarmalar, turş süd məhsulları, qoz və fındıqdır.