Hansı narkoz növünün ana və uşaq üçün daha təhlükəsiz olduğuna aydınlıq gətirilib

0
195

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İsrail Məhərrəmbəyli hansl narkoz növünün ana və uşaq üçün daha az yaxud tamamən təhlükəsiz olmağına aydınlıq gətirib.

Nazirlikdən verilən xəbərə görə, ekspert bildirib ki, hər bir anesteziya növünün, istər ümumi, istərsə də yerli anesteziyanın tətbiqi zamanı bu və ya digər hallarda ana və uşağın səhhətinə təsir edə bilər:

“Bu təsir hamiləlik dövründə daha adi şəkildə özünü biruzə verə bilər ki, bunun üçün də anestezioloq hər bir anestetikin farmokokinetik və farmokodinamik xüsusiyyətlərini mükəmməl bilməlidir.

Ümumilikdə tibbi praktikada yerli anestetiklərin tətbiqi (epidural və spinal anesteziya) digər anesteziya növünə (ümumi kombinəolunmuş anesteziya) nisbətən daha təhlükəsiz və daha az orqanizmdə insident yaradan anesteziya kimi üstünlüyə malikdir. Bu, əsasən işlədilən dərmanların sayının az olması ilə özünü göstərir”.

Həkim qeyd edib ki, hər bir manipulyasiyanın mənfi təsirləri olduğu kimi, anesteziyanın özünün də orqanizmə müəyyən qədər yan təsirləri var:

“Bu yan təsirlər əsasən orqanizmin somatik durumuna və tətbiq olunan anestetiklərin farmokodinamik təsirlərinə bağlıdır. Anestezioloqun peşəkarlığı onun xəstənin vəziyyətinin düzgün qiymətləndirilməsinə, anesteziya növünün və anestetiklərin düzgün seçilməsinə bağlıdır. Bu baxımdan, hər bir anestezioloq anesteziya zamanı yan təsirləri az olan və az toksiki təsirə malik anestetiklərin seçilməsinə üstünlük verir. Müasir dövrdə çox çeşidli anestetiklərin olmasına baxmayaraq, təəssüf ki, orqanizmə heç bir mənfi təsir göstərməyən ideal anestetik yoxdur”.