Hansı halda əmək müqaviləsinə xitam verilərkən işçiyə təzminat ödənilməlidir?

0
492

Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən asılı olmayaraq işçiyə son ödənişləri verilməlidir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Növbətçi Müfəttiş”də çıxışı zamanı “Hansı halda əmək müqaviləsinə xitam verilərkən işçiyə təzminat ödənilməlidir?” sualını da cavablandırıb.

O bildirib ki, kompensasiya məsələsi isə bəzi hallarda nəzərə alınır:

“İşçinin çalışdığı müəssisə, ştat ləğv edildikdə, ixtisar olduğu təqdirdə əmək müqaviləsinə xitam verilirsə, bu halda işçiyə işdən çıxarılma müavinəti verilməlidir. İxtisarla bağlı müəssisədə həmin işçi ilə bağlanılan əmək müqaviləsinə müvafiq olaraq əvvəlcədən xəbərdarlıq olunmalıdır. Həmin xəbərdarlıq müddəti ərzində işçinin işdə saxlanılması təmin edilir və həftədə bir gün olmaqla işçiyə yeni iş tapması üçün istirahət günü verilməlidir.

Eyni zamanda işçi xəbərdarlıq müddəti əvəzinə kompensasiya almaq hüququna malikdir. İşçi xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinin bitirilməsinə razılıq verirsə, bu halda həmin müddətə müvafiq olaraq ödəniş edilir, hətta işdən çıxarılma müavinəti ödənilir”.