Hamının əvəzinə borcları ödədik, amma… – Putin

0
334

Ukrayna hələ də SSRİ-dən qalan xarici əmlakı Rusiyaya verməyib.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“90-cı illərdə Rusiya xarici maliyyə qaynağı olmadan sosial-iqtisadi məsələləri həll edə bilməzdi. Və Rusiya 90-cı illərdə çoxlu borc götürdü. Birincisi, biz 1993-cü ildə bütün ittifaq respublikalarının əvəzinə SSRİ-nin borclarını qaytarmağı üzərimizə göütrdük. Rusiya bunu ona görə etdi ki, respublikalar SSRİ-dən qalan xarici aktivləri ona qaytaracaq. Hamının əvəzinə borcları ödədik, amma hər kəs xarici aktivlərini bizə verməklə bağlı öhdəliyi yerinə yetirmədi. Məsələn, Ukrayna hələ də bunu etmədi”, – Putin bildirib.