“Hamımız utanırıq” – Roma Papası

0
279
“Hamımız utanırıq”

Roma Papası Fransisk 1950-ci ildən bu yana Fransadakı kilsələrdə 216 min uşağın cinsi istismara məruz qalmasına münasibət bildirib.

O, bundan utanc hissi duyduğunu dilə gətirib:

“Yaşadıqları travmalara görə məyusluğumu və acımı bildirmək istəyirəm. Kilsənin çox uzun müddətdir zərərçəkənlərin səsini eşitməkdə uğursuz olmasına görə utanıram. Hamımız utanırıq. Onlar üçün dua edirəm. Tanrıya bu utanclara görə dua edirəm. Çünki utanc vaxtıdır”. 

Qeyd edək ki, Fransız Katolik Kilsəsindəki uşaq istismarlarını araşdıran müstəqil komissiya 1950-ci ildən bəri minlərlə pedofiliya faktının qeydə alındığını bildirib.