Hamiləliyindən xəbərsiz 2 uşaq anası: “Doğduğumu bilincə şoka düşdüm…”

0
500
Hamiləliyindən xəbərsiz 2 uşaq anası: "Doğduğumu bilincə şoka düşdüm..."

Tətilə çıxan isveçli qadın hamilə olmasından xəbəri olmayıb və gözləmədiyi halda uşaq dünyaya gətirib.

Qeyri-adi hadisə 2018-ci ildə Mayorkada baş verib.

44 yaşlı Anneli Rizberq 46 yaşlı sevgilisi Mets Qustavssonla istirahət üçün Mayorkanı seçirlər.

Tətilin ikinci günündə Rizberq hovuzda çimdikdən sonra kokteyl üçün bara gedir. Birdən o, səhhətində qəribə bir şey hiss edir. Paltarını dəyişmək üçün otağına qalxır. Liftdə olarkən mədəsində şiddətli ağrılar başlayır.

Rizberq yatağa uzanır və ağrının keçəcəyini düşünür.

Bu vaxtı Metsin başı içkiyə qarışmışdı. Sevgilisinin qayıtmadığını görüncə otağa qalxır və hər şey bundan sonra başlayır…

Əvvəlcə gözlərinə inanmır – Rizberq doğuş ərəfəsində idi. Kişi kömək çağırmaq üçün aşağı enir. Otel işçiləri də çaşqınlıq içərisində idi. Nəhayət təcili yardım çağırılır.

Rizberq xəstəxanaya aparılarkən yolda – təcili yardım maşınında doğuş keçirir.

Həkimlər ananı və uşağı müayinə edirlər. Səhhətlərində heç bir problem olmur.

“Gözlənilməz qonaq” – Uilyam artıq 4 yaşına keçib.

Rizberqin 2 oğlu var, deyir ki, hamilə qalmağın nə olduğunu çox yaxşı bilir, lakin bu hadisə ona hələ də təəccüblü gəlir.

Özünün də vurğuladığı kimi, onda heç bir hamiləlik əlaməti olmayıb, hətta qarnının böyüdüyünü belə hiss etməyib: “Doğrusu, doğduğumu bilincə şoka düşdüm. Ən çətini isə qohumlarımı bunun zarafat olmadığına inandırmaq idi”.