Hamilələrə ŞAD XƏBƏR

0
326

Koronavirusa yoluxan anadan bətnindəki körpəsinə plasenta yolu ilə infeksiyaya qarşı antitellər keçir.

Bu, ABŞ-ın Veill Kornell Tibb Elmləri İnstitutunun mütəxəssisləri tərəfindən aparılan araşdırma nəticəsində bəlli olub.

Hamilələrdən götürülən COVID-19 testinin cavabında körpələrdə aktiv koronavirus hissəciklərinin tapılmadığı, antitellərin anadan uşağa keçdiyi üzə çıxıb.

Araşdırma COVID-19 xəstələrinin müalicələrinin aparıldığı xəstəxanaların birində doğuş edən 88 qadına aid qan nümunələri əsasında aparılıb. Körpələrin 78 faizinin göbək bağında antitellər aşkarlanıb.

Araşdırmaya qatılan qadınlarda daha əvvəl infeksiyaya yoluxduqlarını göstərən antitellər tapılıb və onların 58 faizinin xəstəliyi simptomsuz keçirdiyi məlum olub.

Araşdırmanın detalları “Amerika Qadın Xəstəlikləri və Doğum” (“American Journal of Obstetrics and Gynecology”) dərgisində yayımlanıb.