Hamilə qalıb ölümcül xəstəlikdən xilas oldu – FOTO

0
444

Avstraliyada yaşayan 22 yaşlı İris Doyle adlı qadın hamilə qalaraq, olduqca təhlükəli xəstəlikdən xilas olub.

O, 10 yaşında anoreksiya xəstəliyinə yoluxub. İllər sürən müalicəyə baxmayaraq, İris xəstəlikdən xilas ola bilməyib.

Bu müddət ərzində isə o, xüsusi preparatların köməyi ilə həyatını sürdürüb. Lakin 22 yaşında İrisin həyatı yaxşı mənada dəyişib. Hamilə qalan qadın, xəstəlikdən xilas olub.

Qeyd edək ki, anoreksiya qidalanmaya olan fizioloji tələbatın saxlanılması ilə iştahanın olmaması, kökəlmədən əsassız qorxu hissi, eyni zamanda arıqlamağa güclü və dayanıqlı meyllə səciyyələnən qida qəbulu pozuntusudur.