Hamilə qadın özünə qəsd etdi yoxsa …?

0
290

Körpəsi qucağında dəfn edilən Raya Qarayeva həyat yoldaşı Kənan ilə 2 il idi ki, ailə qurmuşdu.
Körpəsinin dünyaya gəlməsinə 1 həftə qalmış Raya özünə qəsd etmişdir. Həkimlər onun zəhərləndiyini bildirmişlər.
Raya həyat yoldaşı ilə bir sinifdə oxumuşdur. Ailə qurandan bəri o, qaynanası tərəfindən şiddətli təzyiqlərə məruz qalmışdır. O, oğlunu yenidən evləndirəcəyini bildirərək Rayanın dəfələrlə evi tərk etməsinə səbəb olub.
Sentyabrın 22-si gecə saat 2-3 arası xəstəxanaya çatdırılan Raya artıq keçinmişdi.
Sumqayıt ekspertizanın nəticələrinə görə özünə neft ilə qəsd etdiyini bildirən Rayanın sənədləri Bakıda yerləşən Ekspertiza mərkəzinə göndərilmişdir. Oradan hələ də cavab bildirilməmişdir.