Halal zəhmətin şöhrəti

0
659


Kəmalə Oqtay qızı Tağızadə Gəncə şəhərində anadan olub.1973 cü ildə Gəncə şəhər 23 saylı məktəbə daxil olub.Hələ orta məktəbdə oxuyarkən onun gözəl səsini nəzərə alıb AZTV nin “Qızmızı qərənfil” ansanblının bədii rəhbəri tərəfindən ansanbılda çıxış etmək təklifi alır.Kəmalə xanımın ilk müğənnilik yolu da burdan başlayır.Kiçik yaşlarından dövlət tədbirlərində və televizyadakı ifaları ilə səsini tanıdan xanım,1984 cü ildə Qəmbər Hüseynli adına orta ixtisas musiqi məktəbinin muğam sinifinə daxil olur.Təhsilini davam etdirməklə yanaşı,Gəncə Mərkəzi Mədəniyyət evinin “Gəncə ulduzları” ansanblınln tərkibində şəhərdə keçirilən bütün tədbirlərdə iştirak edərək dinləyicilərin rəğbətini qazanır.Həmin zamanlarda Respublikanın əməkdar Mədəniyyət işçisi Şirin Rzayevin SSRi məkanında tanınan “Şərəfxanlı el nəğmələri”folklyor teatırının üzvləri sırasında mahir ifaçılardan biri olaraq,Kəmalə Tağızadə öz yerini tutur.Bununlada sənətkarın səsi Moskvanın “Ostankino” televizyasından gəlməyə başlayır.Bütün bunlarla yanaşı K.Tağızadə Gəncənin Dövlət Kamera orkestirinin solisti kimi çıxış edirdi.Paytaxt Bakıdan tutmuş Azərbaycanın bütün bölgələrindən səsi gələn Kəmalə Tağızadənin öz dəsti xətti onu sevən,pərəstiş edən dinləyici auditoryası yaratmışdır.
Kəmalə xanım Tağızadə hal hazırda Gəncə 4saylı musiqi məktəbində vokal müəllimi,kamera orkestrində isə vokal solisti olaraq çalışır.Kəmalə xanım bəstəkar əsərlərini,türk italyan rus mahnılarını yüksək peşakarlıqla ifa edir.Vokal ,insrumental ,muğam və estrada havaları xanımım ifasında bir birindən gözəl səslənir.Bu universal müğənni,istər ölkəmizdə,istərsədə xarici ölkəlırdəki konsertlərdə həmişə dinləyicilırin zövqünü yüksək dərəcədə oxşamış sözün əsl mənasında dinləyicilərin rəğbətini qazanmışdır.Kəmalə xanım həmdə bir pedaqoq olaraq ifa sənətimizə yeni nəfəs gətirəcək uşaqlarla, yeniyetmələrlə və gənclərlə öz biliyini paylaşır.Onun yetirmələrindən misal olaraq “Azəri star” müsabiqəsinin qalibi Pərviz Abdullayevi, “Yeni ulduz” müsabiqəsinin qalibi Teymur Novruzovu,Samir Mirzəyevi və digər Respublika səviyyəli musiqi müsabiqələrinin onlarla qaliblərinin adını cəkmək olar.Xidmətləri gecdə olsa dəyərləndirilən Kəmalə xanım Tağızadə 2007 ci ildə Azərbaycan Respublikasının Prezidenti,cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülür.
Bu gün Respublilanın Əməkdar artisti Kəmalə xanım Tağızadənin doğum günüdür ona doğum günü münasibətilə möhkəm can sağlığı işlərində uğurlar arzu edirik.Əminik ki,Kəmalə Tağızadə tezliklə bundanda yüksək fəxri adlara layiq görüləcək.

Aygül Bağırova