“Halal” ərəb sözüdür və bu termin artıq xarici dillərə də keçib. Sadəcə olaraq, bunun bir tərcüməsi yoxdur. Ona görə ki, bu, daha çox dini anlayışdır”.
Bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O, yeni qaydalara əsasən, ölkəyə gətirilməsi planlaşdırılan halal sertifikatlı dərmanlardan söz açıb.
A.Qeybulla aydınlaşdırıb ki, halalın anlamı icazə verilmiş heyvani və bitki mənşəli məhsulların şəriətə uyğun yolla tədarük edilməsi prosesidir:
“Məsələn, “halal ət” dedikdə kəsilməsinə icazə verilmiş heyvanın dini-şəriət qaydaları ilə tədarük edilməsi anlamına gəlir. “Halal dərman” anlayışı bəzi dərman vasitələrinin tərkibində müxtəlif əlavələr və s. mövcudluğuna işarədir. Bu əlavələr heyvan mənşəli ola bilər. Bəzi tibbi tikiş materialları var ki, onlar da heyvani mənşəlidir. Ona görə də, əsas məsələ təkcə dərmanlar yox, eləcə də dərman vasitələrinin insan orqanizmində istifadə olunması zamanı onun şəriətin icazə verdiyi heyvan mənşəli olmasıdır”.
A.Qeybulla əlavə edib:
“Nəzərə alaq ki, Azərbaycanda dini kəsim çoxluq təşkil edir və insanlarımız halal məhsulların istifadəsini üstün tutur. Odur ki, dərmanlarda da halal işarəsi olacaq. Ərəb və digər müsəlman ölkələrinə idxal olunan dərman preparatlarında bu öz əksini tapır”.