Hakim partiyada yeni TƏYİNAT

0
569

Yeni Azərbaycan Partiyasında (YAP) kadr təyinatı olub.

Elməddin Quliyev YAP-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib.

O qeyd edib ki, beş ildən çox çalışdığı Dövlət Statistika Komitəsindəki işindən ayrılıb:

“Ötən müddət ərzində dövlət qulluğunda üzərimə düşən vəzifə və öhdəlikləri bacardığım qədər əzmlə yerinə yetirməyə çalışdım. Ən böyük qazancım isə zəngin təcrübə və peşəkarlarla iş oldu. Dövlət Statistika Komitəsinin bütün strukturlarında çalışan dostlarıma fəaliyyətlərində uğurlar arzulayıram.

Qeyd edim ki, fəaliyyətimi bundan sonra hakim Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi davam etdirəcəyəm.

Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan, regionun ən böyük təşkilatı olan hakim partiyada fəaliyyətə başlamaq sözsüz ki, mənim üçün böyük bir şərəfdir. Praqmatik lider, qalib sərkərdə kimi dünyada böyük nüfuza malik olan Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkənin alternativsiz təşkilatı olan bir siyasi partiyada çalışmaq, eyni zamanda, üzərimə böyük bir məsuliyyət qoyur.

Bu məsuliyyəti dərk edərək əminliklə bildirirəm ki, çalışdığım bütün qurumlarda olduğu kimi, Yeni Azərbaycan Partiyasında da fəaliyyətimi var gücümlə davam etdirməyə və mənə göstərilən böyük etimadı doğrultmağa çalışacağam”.