Hakerlər telefon şarj cihazlarını uzaqdan yandırmağı öyrəniblər.
Bu barədə “Tencent Security Xuanwu Lab”ın apardığı araşdırmadan sonra məlum olub.
Proqram təminatındakı zəiflik mütəxəssislər tərəfindən “BadPower” adlandırılıb. Belə ki, hakerlər devaysın müdafiə proqramından yan keçərək, sürətli şarjı dəstəkləyən istənilən smartfona uzaqdan qoşula bilirlər.
Bir çox digər zəifliklərdən fərqli olaraq, “BadPower” şəxsi məlumatların oğurluğu ilə deyil, telefona fiziki hücumla bağlıdır. Hücumçular şarjda olan cihaza daxil olaraq, batareyaya həddən artıq güc tədarükünə səbəb olurlar. Nəticədə, smartfon isinməyə başlayır və yanır.
Mütəxəssislər səkkiz fərqli markadan olan 35 sürətli şarj cihazını sınayıblar və onlardan 18-nin bu cür hücumlara həssas olduğunu təsbit ediblər.”BadPower”dən qorunmaq üçün mütəxəssislər mütəmadi olaraq smartfonların təminat proqramlarını yeniləməyi və mümkün qədər digər insanların şarj cihazlarından istifadə etməməyi məsləhət görürlər.