Nyu-York şəhərinin nəqliyyat idarəsinin kompüter sistemləri Çin hökuməti ilə əlaqəli olan hakerlər tərəfindən kiberhücuma məruz qalıb.
Bu barədə “New York Times” nəşri məlumat yayıb.
Mənbə iddia edir ki, hakerlər metro vaqonlarının hərəkətini tənzimləyən sistemlərə giriş əldə edə bilmədiklərinə görə, sərnişinlər üçün təhlükə yaranmayıb.
Həmçinin qeyd olunur ki, hakerlər sərnişinlərin şəxsi məlumatlarını da çıxış əldə edə bilməyib.
Rəhbərliyin hesablamalarına görə, hakerlər, ümumilikdə 18 kompüter sistemindən yalnız üçünə giriş əldə edə biliblər.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məlumatı şərh etməkdən imtina edib.