Azərbaycan Ordusunun işğal altında olan Hadrutu azad etməsi ilə barışmayan düşmən günlərdir müxtəlif yalanlar uydurmaqla məşğuldur.
Düşmən propaqandası Ermənistan ictimaiyyətini aldatmağa köklənən bu yalanları müxtəlif fotolarla əsaslandırmağa çalışır.
Lakin həmin fotolara diqqət yetirmək kifayətdir ki, onların yalan danışdığı ortaya çıxsın.
İşarələnmiş şəkildə erməni snayperinin yerini görmək olar.
Bu isə o deməkdir ki, ermənilərin yeganə qaldığı yer Qırmızıqaya ətrafındakı aşırımdır. Həmin yerin isə Hadrutadək məsafənin təxminən 2,5 km olduğunu nəzərə alsaq, aydın olar ki, oradan Hadrutun içini atıçı silahla vurmaq mümkünsüzdür.
Yeganə çıxış yolu işğalçı ordunun ağır texnikasıdır ki, onlar da ötən döyüş günlərində ordumuz tərəfindən məhv edilib. Bir sözlə, Ermənistan silahlı qüvvələri Hadruta yalnız belə uzaqdan baxa bilərlər. Həmin məsafə isə gün-gündən daha da böyüyəcək.
Ermənistan ictimaiyyəti daha çox “War Gonzo” adlanan guya müstəqil jurnalist qruplaşmasının məlumatları ilə aldadılır. Maliyyəsini yalanları ilə tanınan erməni Aram Gabrilyanovdan alan “War Gonzo” ordumuzun azad etdiyi Hadruta hiylə yolu ilə soxularaq, guya erməni işğalçılarının bu məntəqədən hələ də çəkilmədiyini iddia edir.
Belə ki, çəkiliş qrupu meyitləri yığmaq üçün istifadə edilən sanitar maşınlara oturub həmin əraziyə gedir.
Tibb maşınlarının Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə tutulmayacağına əmin olan “jurnalistlər” yalan informasiyanı bu şəkildə hazırlayırlar.