Hacıbala Abutalıbovun “sağ əli” HƏBS EDİLDİ – FOTO

0
432

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Yol verdiyi korrupsiya əməllərinə görə saxlanılan R.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidməti “Report”a faktı təsdiqləyib. Bildirilib ki, R.Qulieyvin həbs ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, o, 2018-ci ildən bu vəzifədə çalışıb. Həmin dövrdə isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olub.

Bizimlə əlaqə saxlayın