Habil Əliyevin qızı: “Bizi koronavirusa işçilərimiz yoluxdurub”

0
450

Mərhum Xalq artisti Habil Əliyevin həkim qızı Vəfa Əliyeva koronavirusa qalib gəlib.

Açıqlamasında 22 saylı Uşaq Poliklinikasının baş həkimi V.Əliyeva məlumat verib.

O, qeyd edib ki, müalicə müddətini başa vuraraq işinə davam edir:

“Martın 29-u koronavirusa yoluxmuşdum. Məlum oldu ki, iki işçimizdə virus olduğu üçün bizi də yoluxdurub. Onlar 35 nəfəri yoluxdurdular. Buna görə, müəyyən müddət polikinikanın fəaliyyəti müvəqqəti dayandırıldı. Mən iki həftə müalicə aldım. İndi də sağlıq durumum yaxşıdır, iş başındayıq. Polikinikamız da fəaliyyətini davam etdirir”.