“İşğaldan azad edilən torpaqlarda bir ildə iki hava limanı açmaq hər ölkənin bacara biləcəyi iş deyil”.
Türkiyənin Haber Global telekanalının məlumatına görə, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bəyan edib.
“Azərbaycan torpaqları sanki küllərindən təmizlənərək ayağa qalxır. Açılışını etdiyimiz Zəngilan Beynəlxalq hava limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra Qarabağın dirçəliş dastanının yazılmasının bariz nümanəsidir”, – deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti ermənilərin burada törətdiyi vəhşiliklərdən Qərbin çox yaxşı xəbərdar olmasını da diqqətə çatdırıb.
Onun sözlərinə görə, bu layihələrlə bölgə yenidən ayağa qalxır, yeni Azərbaycan inşa edilir.