Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümü münasibəti ilə Türkiyənin “Haber Global” kanalı sənədli film hazırlayıb. Kadrlarda respublikanın yarandığı gündən keçdiyi mübarizə yolundan, onun müstəqilliyi uğrunda tökülən qanlardan danışılıb.
“Himnində də deyildiyi kimi onun üçün can verməyə hazır olanlar ölkəsi Azərbaycan! Bir ölkənin doğuşu bir körpənin doğuluşu kimidir: Sancılı, amma çox gözəl, çətin, amma qürur dolu”, – deyə filmdə qeyd olunub.
Oxu.Az “Bir əsrlik demokratiya” adlanan sənədli filmin tam variantını təqdim edir: