Həyatınızı dəyişdirə biləcək MÜDRİK SÖZLƏR

0
411
Həyatınızı dəyişdirə biləcək MÜDRİK SÖZLƏR

1. Zənginlik yalnız bir dəfə hər bir insanın qapısını döyür, lakin insanlar tez-tez qonşu salonda oturur və heç bir tıqqıltı eşitmir. / Mark Tven

2. Ən böyük səhvimiz, çox tez təslim olmağımızdadır. Uğura gedən ən düzgün yol isə hər dəfə yenidən cəhd etməkdən keçir. / Tomas Edison

3. Şəxsən mən qaymaqlı çiyələyi sevirəm, balıq isə soxulcanı. Buna görə də balığa gedəndə nəyi sevdiyim haqda yox, balığın nə sevdiyi haqda düşünürəm. / Deyl Karnegi

4. Uğursuzluq – nələrisə yenidən, daha müdrik şəkildə başlamaq imkanıdır. / Henri Ford

5. Problem həll olunandırsa, ona görə narahatlıq keçirməyə dəyməz. Yox əgər problem həll olunmazdırsa, ona görə narahatlıq keçirmək mənasızdır. / Dalay Lama

6. Çox istedadlı olsanız da, var gücünüzü sərf etsəniz də bəzi nəticələr əldə etmək üçün vaxt lazımdır. / Uarren Buffett

7. Səhər oyananda nə edəcəyin haqda düşün. Axşam yatanda isə nə etdiyin haqda. / Pifaqor

8. Kasıb, yazıq, bədbəxt, uğursuz insanlar tez-tez “sabah” kəlməsini işlədir. / Robert Kiyosaki

9. Yaşlılar cavanlara həmişə qənaətcil olmağı tövsiyə edirlər. Bu, yaxşı məsləhət deyil. Pullarınızı özünüzə xərcləyin. / Henri Ford

10. Mən bunu istəyirəm. Deməli, bu olacaq. / Henri Ford

11. Mən məğlubiyyətə uğradım. Sadəcə işləməyən 10.000 yol tapdım. / Tomas Edison

12. Ağır iş – vaxtında etmədiyiniz yüngül işlərin cəmidir. / Con Maksvell

13. Əvvəllər deyirdim: “Hər şeyin bir gün dəyişəcəyinə ümid edirəm.” Sonra isə hər şeyi dəyişmənin bir yolu olduğunu anladım və özüm dəyişməli oldum. / Cim Ron

14. Bütün həyatım boyunca öyrəndiyim və həmişə əməl etdiyim dərs – hər zaman cəhd etmək, heç vaxt təslim olmamaqdır.