Həyat vəd edən ekzoplanet: Alimlərin yeni kəşfi

0
65

Alimlər Günəş sistemindən kənarda olan bir planetin səthində suyun olduğunu ehtimal edirlər.

“LHS-1140b” adlı bu planet buzla örtülmüş kürə formalı okeandır. Planetin diametri təxminən 4000 kilometrdir və daim öz ulduzuna doğru yönəlmiş görünür.

“Hazırda məlum olan bütün mülayim ekzoplanetlər arasında “LHS-1140b” səthində suyun olduğunu dolayı yolla təsdiqləmək üçün bizim ən yaxşı şansımız ola bilər. Bu, yaşayış üçün potensial ekzoplanetlərin axtarışında mühüm addımdır. Və bir dönüş nöqtəsi olacaq”, – Monreal Universitetindən astrofizik Cadieux Çarlz bildirib.

Bu planet Yerə çox yaxın orbitdə fırlanır və bütün orbiti cəmi 25 günə tamamlayır.