Həyat nə zaman ağır olur?

0
593

Həyatın ağırlığı hər kəs üçün fərqli nəsib olur. Ən ağırı yaxın adamı itirmək olan həyat olaylarının fərqli zamanlarda fərqli ağırlıqları hər kəsin qəlbinin, xəyallarının, yaşayışının, canının durumu ilə fərqli görüntülərə bürünür.
Adi xəyal qırıqlığı, can sızıltısı da dərdə dönüşə bilər.
Bu, insanların xarakteri, xəyal dünyası, mənəvi durumuna bağlıdır.
Bu məsələlərdə nə tövsiyə işə yarayır, nə öyüd nəsihət.
Bu zamanlarda insanın öz mənəvi gücünə arxalanmaqdan başqa yolu olmur . Həyat bu zaman öz ağırlığını göstərir . Mənəvi əziyyət nə qədər çəkməyindən asılı olmayaraq insanın hər zaman bir çıxış yolunun qapısını açır. O qapı acılana qədər çəkdiyin iztirab sonralar sənə qəribə gəlir . Həyat dediyimiz də budur-hər üzünü hansı səmtdən göstərəcəyi bəlli olmayan bir dünya…
Bu dünyaya hazır ola biləcək insan yoxdur. Fərqli sevinclərə, fəqli zərbələrə davam gətirə biləcək ürəklər var, ya da qırılacaq qəlblər.
Həyat nə zaman ağır olur sualına minlərlə cavab var. Bu sualın verilməsinə ehtiyacı olan insan artıq bu ağırlığın dadını hiss etmiş olur. Bu sualı verən insan fərqli ehtiyacları olduğunu etiraf etmiş olur.Verdiyim cavablar onu qane etmiş olsa da, olmasa da,yaşantılarının üstündən xətt çəkə bilmir.
Amma dərdləşmiş kimi olub yüngülləşməyə də etiraz edə bilmərik.
Demək ki, dərdləşmək sözü də elə-belə deyilməyib. Qəlbinin ağrısını da, sevincini də hər zaman kiminləsə bölüşmək inanılmaz rahatlıq gətirir. Əks halda həyat çox ağır olur.

Sənubər