Həvəskar balıq ovuna nə zaman icazə verilir? – AÇIQLAMA

0
320

Xəzər dənizində tilovla balıq tutmaqla həvəskar balıq ovu həyata keçirilə bilər.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova Nazirliyin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı” verilişində tilovla balıq tutanlara cərimə tətbiq edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, may, iyun ayları istisna olmaqla, digər aylarda həvəskar balıq ovu həyata keçirilə bilər:

“Kür və Xəzərə axan bütün çaylarda da eyni qaydada həvəskar balıq ovu həyata keçirilə bilər. Baş Şirvan kollektorunda 1 iyun-20 iyul tarixləri arasında balıq tutulması qadağandır, digər aylarda icazə var. Amma başqa kollektorlarda il boyu tilovla balıq ovunun həyata keçirilməsinə icazə verilir”.

“Qeyd edək ki, bir tilovda qarmaqların sayı 3-ü keçməməlidir. Ümumi isə tilov üzərindəki qarmaqların sayı 7-ni keçməməlidir”, – deyə A.Səmədova qeyd edib.