Hərbi xidmətlə bağlı yeni qanun qəbul edildi: 6,2 min ödə…

0
131

Ermənistan parlamenti “Hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsini ikinci və yekun oxunuşda qəbul edib.

“Mülki Müqavilə”dən olan deputatlar lehinə (61 səs), “Hayastan” fraksiyasının deputatları əleyhinə (27) səs verib, 6 deputat isə bitərəf (“Şərəfim var” fraksiyası) qalıb.

“Mülki Müqavilə”dən olan deputat Hayk Sarkisyanın tərtib etdiyi layihəyə əsasən, hərbi xidmət keçməyən və ölkəni tərk etmiş Ermənistan vətəndaşları 27 ildən sonra Ermənistana qayıda və iki il xidmət etdikləri təqdirdə cinayət təqibindən azad oluna bilərlər.

Digər varianta görə, onlar 15 ay xidmət edib 2,5 milyon dram (6,2 min dollar) və ya müvafiq olaraq 7,5 ay və 5 milyon dram (12,4 min dollar), 1 ay və 10 milyon dram (24,8 min dollar), yaxud xidmət etmək istəməsələr, 15 milyon dram (37 min dollar) ödəməldirilər.

Cinayət təqibi üzrə məhdudiyyət müddəti və bu tələblər adi hərbi xidmətdə olduqda 37 ilə, ehtiyatda olan zabit kimi xidmətdə isə 45 ilə qədərdir.

27 yaşından sonra başqa ölkənin vətəndaşlığını qəbul etmiş Ermənistan vətəndaşları, əvvəllər yerləşdikləri ölkənin ordusunda 12 ay və ya daha çox xidmət ediblərsə, xidmətdən azad edilirlər. Əks halda, onlar 2,5 milyon dram (6,2 min dollar) ödəməklə xidmətdən azad edilirlər.