“Hərbi-tibbi estafet” müsabiqəsi davam edir 

0
465

Azərbaycan Ordusunun hərbi həkimlərinin də iştirak etdikləri “Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində Özbəkistanda təşkil olunan “Hərbi-tibbi estafet” müsabiqəsinin növbəti mərhələsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, hərbi həkimlərimiz həmkarları ilə birgə maneələr zolağını dəf etmə və ixtisas hazırlığı üzrə bacarıqlarını sınayıblar.

Hakimlərin qərarına əsasən Azərbaycan heyəti 11 komanda arasında beşinci yerdə qərarlaşıb.