
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edən Leninqrad vilayətinin hərbi komissarlığının əməkdaşı maraqlı təkliflə çıxış edib.
Hərbi komissarın müraciəti “leningrad_region” “Instagram” hesabında yayımlanıb.
O, qadınlardan xahiş edib ki, onlar keçmiş sevgililərinin “Instagram” hesablarının ünvanını şərh yerinə yerləşdirsinlər.
“Biz isə onları çağırış mərkəzlərində qarşılayacağıq. Unutmayın: əsl kişinin hərbi bileti olmalıdır!”, – deyə Leninqrad vilayətinin hərbi komissarlığının vətəndaşlarla iş üzrə şöbə rəisi, polkovnik Yuri Xromov bildirib.