Hərarətsalan dərmanlardan istifadə hansı hallarda tövsiyə edilir? – AÇIQLAMA

0
197

“Uşaqlarda qızdırma 38,5 dərəcədən aşağı olarsa, qızdırmanı salmağın əhəmiyyəti yoxdur”.

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin “Instagram” səhifəsində canlı yayımda məlumat verib.

O qeyd edib ki, qızdırması olan uşaqların üstünü çox örtməklə valideynləri onlara ziyan edirlər:

“Valideynlər bu kimi səhvlərə yol verməsinlər. Onsuz da uşağın qızdırması var, onu tərlətmək məqsədilə üstünü basdırmaq vəziyyəti daha da pisləşdirə bilər. Əgər uşaqlarda qıcolma yoxdursa, 38,5 dərəcədən yüksək olmadığı müddətcə hərarət salan dərmanlardan istifadə tövsiyə edilmir. Lakin qıcolması olan uşaqlar üçün ortalama hərarət dərəcəsi 38 olaraq götürülür. 38 dərəcədən yüksək olarsa, dərhal hərarət salan dərman preparatlarının qəbul edilməsi tövsiyə edilir. Təbii ki, həkim məsləhəti çərçivəsində”.