Hər gün 1 qaşıq yesəniz orqanizminizdə mikrob qalmayacaq

0
127

Son zamanlar artan qrip infeksiyalarına qarşı təbii antibiotikləri əvəz edən reseptlərdən faydalanmaq lazımdır. Mütəxəssislərin fikrincə, güclü immunitet üçün ilk növbədə immuniteti gücləndirən qidalar qəbul etmək önəmlidir.

Bu qarışığı yuxudan oyanan kimi yediyiniz zaman immunitetinizi gücləndirir.

Qarışım belə hazırlanır:

Hər səhər bir qaşıq bal, bir çay qaşığı zəncəfil və yarım çay qaşığı darçın qarışdırın. 10 dəqiqə gözlədikdən sonra acqarına istehlak edin. Hər hansı bir xəstəliyiniz varsa, həkiminizlə məsləhətləşmədən istifadə etməməlisiniz.

Qarışımla yanaşı qidalanmağınıza da fikir verin. Hər gün bunlardan yemək sizə yardım edəcək:

Folat, dəmir, C vitamini və antioksidantlarla zəngin olan ispanaq immunitet sistemini dəstəkləyir.

Tərkibində E vitamini olan badam ən sağlam qəlyanaltılardan sayılır. İmmunitet sisteminin hüceyrələrini qorumağa kömək edir.

Tərkibində yüksək miqdarda antioksidant olan göyərti immunitet sistemini gücləndirir və idrak funksiyalarını yaxşılaşdırır.

Antiviral və antibakterial xüsusiyyətlərə malik olan sarımsaq immunitet sistemini gücləndirən ən təsirli qidalar arasındadır.

Tərkibində omeqa-3 yağ turşuları olan balıq bədəndəki iltihabı azaltmağa kömək edir və həmçinin immunitet sistemini dəstəkləyir.

Tərkibində C vitamini, A vitamini və lif olan brokoli immuniteti gücləndirən ən təsirli qidalardandır.

Bol probiyotik ehtiva edən qatıq həzm sistemini dəstəkləyir və immunitet sistemini gücləndirir.

C vitamini ilə çox zəngin olan portağal, naringi və qreypfrut kimi sitrus meyvələri immunitet sistemini gücləndirir.

Yüksək antimikrobiyal xüsusiyyətlərə malik olan bal soyuqdəyməyə qarşı təbii həll təklif edir və davamlı öskürək üçün xüsusilə şəfalıdır. /axşam.az