Hər an Türkiyədə 7 ballıq zəlzələ ola bilər – Şok

0
363

Türkiyədə hər an 7 baldan yuxarı zəlzələ ola bilər.Bu açıqlama ilə Qəndilli Rəsədxanasının rəhbəri Haluk Özener çıxış edib.

Türkiyə Böyük Millət Məclisi tərəfindən yaradılan Zəlzələ Araşdırma Komitəsinin iclasında danışan H.Özener ölkənin təhlükə ilə üz-üzə olduğunu vurğulayıb:

“Bizi gözləyən daha böyük zəlzələlər var. Buna görə daha yaxşı hazırlaşmalı və koordinasiya aparmalıyıq. Erkən xəbərdarlıq sistemi ilə Mərmərədə 5-7 saniyə vaxt qazanırıq”.