Hər 4 nəfərdən biri bu xəstəlikdən əziyyət çəkəcək

0
353

Dünyada hər dörd nəfərdən biri 2050-ci ilə qədər eşitmə problemi yaşayacaq.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəbərdarlıq edilib.

Bildirilib ki, bu istiqamətdə profilaktika və müalicəyə daha çox sərmayə qoyulmalıdır.

Eşitmə ilə bağlı ilk dəfə hazırlanan qlobal hesabatda qeyd olunur ki, eşitmə problemlərinin geniş yayılmış səbəbləri infeksiyalar, xəstəliklər, doğuş qüsurları, səs-küyə məruz qalma və həyat tərzi seçimləridir.

Məruzədə il ərzində bir nəfər üçün 1,33 ABŞ dolları tələb olunacağı təxmin edilən tədbirlər paketi də təklif olunur. Üstəlik, problemin düzgün həll edilməməsi səbəbindən hər il təqribən bir trilyon ABŞ dollarının itirildiyi təxmin edilir.

Məlumata görə, hazırda dünyada hər beş nəfərdən birində eşitmə problemi var. Bu rəqəm növbəti üç onillik ərzində 1,5 dəfədən çox arta bilər.

Eşitmə problemlərinin əsas səbəbi xüsusilə az gəlirli ölkələrdə onları müalicə edəcək mütəxəssislərin azlığı və səhiyyə xidmətinin çatışmazlığıdır. Eşitmə zəifliyi olan insanların təxminən 80 faizi bu ölkələrdə yaşadığından, əksəriyyəti ehtiyac duyduqları yardımı almır. Məruzədə deyilir ki, şəraiti daha yaxşı olan zəngin ölkələrdə belə, səhiyyə xidmətlərinə çıxış qeyri-bərabərdir.