“Həmzə” diviziyasının komandiri Azərbaycana gələcəkləri ilə bağlı xəbəri təkzib etdi

0
502

Son günlər xarici mediada və bəzi sosial şəbəkə profillərində guya Suriyadan Azərbaycana döyüşçülərin gətirilməsi barədə yayılmış məlumatlar növbəti dəfə təkzib olunub.

Məşhur türkiyəli jurnalist Levent Kemal bununla bağlı xəbər paylaşıb.

Şəxsi “Twitter” hesabından açıqlama yayan jurnalist qeyd edib ki, Azərbaycana cəlb olunacağı iddia olunan “Həmzə” diviziyasının komandiri ilə danışıb:

“Həmzə” diviziyasının komandiri Seyf Əbubəkr ilə danışdım. O, briqadasının döyüşçülərinin Azərbaycana gətirilməsi ilə bağlı məlumatları təkzib etdi. Türk ordusuna yaxın mənbələr də bunu inkar edirlər”.