Həmdulla Şıxəliyevin vəfatından bir il ötdü – VİDEO

0
101

 Yaşasaydı 84 yaşı olacaqdı, Allah rəhmət etsin, gözəl insan, əqidəli şəxsiyyət,
 bizlərin əzizi, Zəngəzurun nüfuzlu ağsaqqallarından biri Həmdulla Şıxəlizadəyə.
 Ruhun şad, məkanın cənnət olsun!
 Hacı Həmdulla Əli oğlu Şıxəliyev 1939-cu ilin aprel ayının 6-da Zəngilan
 rayonunun Bartaz kəndində, kəndli ailəsində anadan olub.
 1957-ci ildə Zəngilan rayonunun Bartaz kənd məktəbinin 10-cu sinifini bitirib.
 1958-ci ilin yanvarında Saatlı rayon Kənd Təsərrüfatı Mexanikləşdirmə məktəbini
 bitirib.
 1959-cu ilin yanvarından 1963-cü ilin may ayına kimi Bartaz 26 Komissar adına
 kolxozda mexanizator işləyib.
 1963-cü ilin may ayından İ.Sayılov adına Bartaz kənd orta məktəbində kargüzar;
 1964-cü ilin fevral ayına kimi məktəbdə emalatxana rəhbəri işləyib.
 1964-cü ildə N.Tusi adına ADPU-nin Dil-ədəbiyyat fakültəsinə daxil olub; 1971-
 ci ildə oranı qiyabi olaraq bitirib.
 1978-ci ilin sentyabr ayında İ.Sayılov adına Bartaz kənd məktəbinə direktor təyin
olub.


 12 fevral 1992-ci ildə Zəngilan rayon İcra Hakimiyyəti Başçısının Bartaz kənd
 Ərazi nümayəndəsi təyin olunub.
 1999-cu ilin mart ayında Səudiyyə Ərəbistanın Məkkə-Mədinə ziyarətində olub,
 Hacı titulunu qazanıb. Hacı Həmdulla xanımı Məşədi Tehranla (foto).
 2011-ci ilin iyul ayında Dövlət Qulluqçusu kimi təqaüdə göndərilib. Zəngilan
 rayonu 4 saylı orta məktəbdə ixtisası üzrə dərs demişdir.
 Həmdulla Əli oğlu Şıxəliyev Qarabağ müharibəsi veteranıdır. Həmdulla Əli oğlu
 Şıxəliyev Mətbuat səhifələrində maraqlı yazıları ilə oxuculara tanışdır.
 “Bir daha erməni riyakarlığı haqqında” I cild, “Səyahətnamə. Zəngilanın
 Cənub-Qərb bölgəsi üzrə ermənilərin vəhşiliyi və riyakarlığı haqqında” II cild,
 “Zəngilanın gəlimli-gedimli Bartazı” əsərlərinin müəllifidir.
 Hacı Həmdulla müəllim elimizə aid çox məlumatlı bilgilərə sahib olan dəyərli
 insan idi. Hacı Həmdulla Əli oğlu Şıxəliyev uzun çəkən xəstəlikdən sonra 15.09.2023-
 cü il tarixində həyata gözərini əbədi yumdu. Allah rəhmət eləsin!