Həkimlərin pandemiyada 17 min xəstənin ölümünə səbəb olan SƏHVİ ORTAYA ÇIXDI

0
188

Koronavirus pandemiyasının ilk dalğası zamanı malyariya əleyhinə hidroksiklorokin dərmanının qəbul edilməsi Belçika, İspaniya, Fransa, İtaliya, ABŞ və Türkiyədə 16,9 minə yaxın xəstənin ölüm səbəbi ola bilər.

Fransız alimləri bu qənaətə gəliblər. Onların araşdırması “Biomedicine & Pharmacotherapy” jurnalında dərc olunub.

“Bu dərmanların qəbulunun effektivliyinə dair sübutların aşağı səviyyədə olmasına baxmayaraq, COVİD-19 ilə xəstəxanaya yerləşdirilən xəstələrə hidroksiklorokin təyin edilib. Xəstəxanada hidroksixlorokin alan və palataya yerləşdirilən yerləşdirilən xəstələrin sayının 16,9 min nəfər olduğu təxmin edilir”, – materialda deyilib.

Eyni zamanda ekspertlər xəbərdarlıq ediblər ki, tədqiqat 2020-ci ilin mart-iyul aylarını əhatə etdiyi üçün dərmandan ölənlərin sayı daha çox olduğu güman edilir. Alimlər həmçinin qeyd ediblər ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin iyun ayında xəstələrdə aşkar edilən ürək problemləri kimi mənfi təsirlərə görə, hidroksiklorokinin COVİD müalicəsində sınaqdan keçirilməsini dayandırıb.