Kolumbiyanın Barrankilya şəhərində 80 yaşlı Kandelario Qutierres Ernandes adlı bir şəxs ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Səhər saat 8-də həkimlər onun öldüyünü bildiriblər.
“Bizə əvvəl atamın öldüyünü dedilər və ölüm haqqında şəhadətnaməni verdilər. Cəsədini xəstəxanada xüsusi bir torbada saxlamışdılar, sonradan bizə onun hələ sağ olduğunu xəbər verdilər”, – deyə Ernandesin qızı Fontalvo bildirib.
Xəstə yaxınları dərhal xəstəxanaya qayıdıb, ölü bildikləri şəxsin əllərinin isti olduğunu, hərəkət etdirdiyini, hətta bir müddət gözünü açıq saxladığını görüblər.
Kandelario həmin axşam 18:30-da vəfat edib.
Xəstəxana rəsmiləri hadisəyə münasibət bildirməyiblər.